Xızıda 118 ədəd partlamamış hərbi sursat aşkarlandı - FOTO
Bizi izləyin

Hadisə

Xızıda 118 ədəd partlamamış hərbi sursat aşkarlandı - FOTO

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

Publika.az bildirir ki, oktyabrın 18-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 118 ədəd partlamamış hərbi sursat (PHS), 35 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 960 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 404 500 kv.m (40.45 ha) ərazi yoxlanılmışdır.

Ümumiyyətlə, 46 gün ərzində 12 754 ədəd partlamamış hərbi sursat (PHS), 5 280 ədəd partlamış-yanmış sursat qalıqları və 41 757 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 47 576 928 kv.m (4 758 ha) ərazi yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm