• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Corablarında dərmanla Rusiyaya keçmək istəyən azərbaycanlı tutuldu

  • Hadisə
  • 19 Oktyabr 2017 12:13
  • 739 Baxış
Corablarında dərmanla Rusiyaya keçmək istəyən azərbaycanlı tutuldu

Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR