Hadisə
Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO
Azərbaycan təhsilinə ağır itki üz verib.
Belə ki, "Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib.
Publika.az-ınXeberle.com-a istinadən verdiyi məlumata görə, 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M. Tahirovanı xilas etmək mümkün olmayıb.
Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "SSRI təhsil əlaçısı", "Respublika qabaqcıl maarif xadimi" döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb, prezident təqaüdçüsüdür.
2006-cı ildə isə "Şöhrət” ordeni ilə təltif edilib.
Xeberle.com olaraq Minarə Tahirovanın vəfatından kədərləndiyimizi bildiririk və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK