• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Restoranda bıçaqlanma - Gənc oğlanın dili batdı

  • Hadisə
  • 21 Oktyabr 2017 09:17
  • 633 Baxış
Restoranda bıçaqlanma - Gənc oğlanın dili batdı

Bakıdakı restoranlardan birində iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Publika.az xəbər verir ki, Salyan yolu, 62 ünvanında yerləşən “Qurman” restoranında 1992-ci il təvəllüdlü Elvin Mirzəyev tanımadığı bir nəfərlə mübahisə edib.

Mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman naməlum şəxs Elvin Mirzəyevə çoxsaylı bıçaq zərbələri vurub və hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Elvin Mirzəyevi dindirmək mümkün olmayıb. Bu səbəbdən hadisənin hansı səbəbdən və kimin törətdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR