Hadisə
Mingəçevirdə DƏHŞƏTLİ QƏTL - Bərbərə 18 bıçaq zərbəsi vurdu

Mingəçevir şəhər sakini amansızlıqla qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə bu gün şəhərin İ.Qayıbov küçəsindəki bərbərxanada qeydə alınıb.
Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhərin Puşkin küçəsindəki 10 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Eldar Abbasovun subay olduğu, Pərviz Məmmədovun isə ötən il evləndiyi və bir uşaq atası olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR