Ağstafa sakini arvadına görə özünü ikinci dəfə ASDI - ŞOK TƏFƏRRÜAT (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağstafa sakini arvadına görə özünü ikinci dəfə ASDI - ŞOK TƏFƏRRÜAT (YENİLƏNDİ)

Elçin Nəbiyevin intiharının təfərrüatı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü E.Nəbiyev ailə münaqişəsi zəminində bu addımı atıb.

Belə ki, o, həyat yoldaşı ilə boşanma ərəfəsində olub. Lakin E.Nəbiyev boşanmaq istəməyib. Dünən axşam saatlarında isə evdən çıxıb. Ailəsi onu axtarmağa başlayıb. Bir neçə saat sonra evlərinin yaxınlığındakı açıq sahədə ağacdan asılmış halda meyiti tapılıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, E.Nəbiyevin hər hansı psixoloji problemləri olmayıb: "O, Bakıda və rayonda fəhləlik etməklə ailəsini dolandırıb. 2013-cü ildə ailə qurub. Övladı yoxdur".

Ağstafa rayon Prokurorluğundan Publika.az-a verilən məlumatda bildirilib ki, faktla bağlı cinayət işi açılıb. İntihar hadisəsi yeni olduğundan hələ ki ailə dindirilməyib. İntiharın səbəbi məlum deyil.

***

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm