Bakıda tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü
Bizi izləyin

Hadisə

Bakıda tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü

Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm