Ev oğrularına qarşı XÜSUSİ ƏMƏLİYYAT
Bizi izləyin

Hadisə

Ev oğrularına qarşı XÜSUSİ ƏMƏLİYYAT

Bir neçə rayonda oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.

Bundan başqa, Beyləqan rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Şəmsi Əbilov həbs olunub. O, oktyabrın 18-də rayonun Şərq qəsəbəsindəki evlərin birindən 4000 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinib.

Daha bir əməliyyat Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Oktyabrın 22-də şəhər ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Nurlan İsayev tutulub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm