Bakıda lombarda silahlı BASQIN
Bizi izləyin

Hadisə

Bakıda lombarda silahlı BASQIN

Bakının Nəsimi rayonu ərazisində obyektlərdən birində basqın edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən lombarda gəlmiş naməlum şəxs orada işləyən Anar Əliyevi tapança ilə hədələyib.

Maska taxmış şəxs Anar Əliyevdən pul və qızıl tələb edib. Amma səs-küy yarandığı üçün hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Allahverdiyev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm