Gədəbəydə torpaq üstündə kütləvi dava
Bizi izləyin

Hadisə

Gədəbəydə torpaq üstündə kütləvi dava

Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zamanı qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm