Biləsuvarda 12 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Biləsuvarda 12 yaşlı uşağı maşın vurdu

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, 12 yaşlı uşaq müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə Cərrahiyyə şöbəsində əməliyyat olub. Məlumata görə, o, yol qəzası zamanı xəsarətlər alıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm