Qaçan məhbuslardan biri tutuldu - RƏSMİ
Bizi izləyin

Hadisə

Qaçan məhbuslardan biri tutuldu - RƏSMİ

Oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsdən biri saxlanılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxslərin axtarışı üzrə təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Oktyabrın 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həbsdən qaçmış Əli Rasim oğlu Ağami tutularaq istintaq təcridxanasına yerləşdirilib.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə Trend-ə bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Azərbaycan vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm