
Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayon sakini, 1994-cü il təvəllüdlü İsmayıl Baxşəliyev bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
İsmayıl Baxşəliyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov