Ağsuda AĞIR QƏZA: 2 maşın toqquşdu
Bizi izləyin

Hadisə

Ağsuda AĞIR QƏZA: 2 maşın toqquşdu

Muğanlı-Ismayıllı avtomobil yolunun Ağsu rayonu Sanqalan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, “Mercedes” 90-ZF-641 dövlət nömrə qeydiyyatlı avtomobil, "Niva” markalı maşınla toqquşub.

Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarətlər alıblar. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.

“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm