Biləsuvarda "Qazel" motosikletə çırpıldı - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Biləsuvarda "Qazel" motosikletə çırpıldı - Xəsarət alanlar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Qazel" markalı avtomobil odun daşıyan “Muravey” markalı motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletdə olan Biləsuvar şəhər sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Qurban Tarverdi oğlu və 1961-ci il təvəllüdlü Sarıyev Talıb Feyzi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm