Xaçmazda cinayətkar dəstə iş adamını öldürdü – MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

Xaçmazda cinayətkar dəstə iş adamını öldürdü – MƏHKƏMƏ

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ınxəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.

İttihama görə, qətl hadisəsi ötən il iyunun 16-da Xaçmazda baş verib. Rayon sakini İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib.

Dəstənin başçısı kimi bilinən Vüsal Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Vüsal Rüstəmovun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Vüsal Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib.

Dəstə üzvlərinin müxtəlif dövrlərdən quldurluqda, oğurluqda və digər cinayətkəri ortaya çıxıb. Onlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.

Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm