Məhkəmə Akif Çovdarovla bağlı QƏRAR VERDİ - HÖKM (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Məhkəmə Akif Çovdarovla bağlı QƏRAR VERDİ - HÖKM (YENİLƏNDİ)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin işi üzrə hökmün elanı davam edir.

Publika.az-ın xəbər verir ki, elan oluna hökmə görə, iş üzrə mənəvi zərərçəkmişlərin mülki iddiası təmin olunmayıb. Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismimdə tanınmışdı.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il cəza alıb.

Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə hökmün elanı başlanılıb.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə hökm elan edilir.

Hökm Sabunçu rayon məhkəməsinin inzibati binasında elan edilir. Məhkəmənin inzibati binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Məhkəmənin binasına girən şəxslər ciddi yoxlanılır.

Prosesə jurnalistlər buraxılmayıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm