Hadisə
Akif Çovdarovun general rütbəsi də əlindən alınır - QƏRAR
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.
Publika.az xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bununla bağlı xüsusi qərar qəbul olunub.
Həmçinin digər təqsirləndirilənlərin də rütbələrinin alınması barədə qərar qəbul olunub.
Bundan başqa, Akif Çovdarov və digərlərinin üzərinə həbs qoyulan əmlaklarının müsadirə olunması barədə qərar çıxarılıb.
Dövlət Təhülkəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası təmin olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan 60 nəfərin mülki iddiası təmin olunub.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədova 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyevə 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanova 4 il müddətinə iş verilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hacı Zeynalov
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO