Cəlilabadda AİLƏ FACİƏSİ: Qadın özünü asdı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Cəlilabadda AİLƏ FACİƏSİ: Qadın özünü asdı - - FOTOLAR

Cəlilabad rayonunun Göytəpə kəndində intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəhramova Gülnar Aydın qızı özünü yaşadığı evdə iplə asıb.

Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm