Hadisə
Daha bir qadın həbs olundu - Qaçan məhbuslara görə
Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb.
Taksi sürücüsünün "Opel" markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Bundan başqa, ötən gün barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmiş müğənni Fədayə Laçının (Fədayə Məmmədova) "Mercedes" markalı avtomobili də Penitensiar Xidmətində saxlanılır.
Onun bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir.
Məlumata görə, Fədayə Laçın "Qoca" ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib. (report)
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü