Məhbusların qaçmasına yardım edən taksi sürücüsü də həbs olundu
Bizi izləyin

Hadisə

Məhbusların qaçmasına yardım edən taksi sürücüsü də həbs olundu

Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib.

Tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur.

Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iş üzrə daha iki nəfər - Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib.

Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm