Gəncə-Samux yolunda avtomobil qəzası baş verib, yaralananlar var
Bizi izləyin

Hadisə

Gəncə-Samux yolunda avtomobil qəzası baş verib, yaralananlar var

Gəncə-Samux yolunda avtomobil qəzası baş verib.

Publika.az bildirir ki, hadisə İmamzadə kompleksinə gedən yolda qeydə alınıb. Bu barədə "Report" məlumat yayıb.

Belə ki, avtomobili sərxoş vəziyyətdə idarə edən, 1984-cü il təvəllüdlü Turqay Adil oğlu Yüsibov Zahid adlı bir piyadanı vurub, daha sonra nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Yaralı vəziyyətdə olan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm