Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı - FOTOLAR - -(YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı - FOTOLAR - -(YENİLƏNDİ)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

APA-nın məlumatına görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

O, 3 saata yaxın dindirilib.

***

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən Baş prokurorluğun Ağır Cinayətlərə dair Baş istintaq idarəsinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, Eldar Mahmudov İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

O, bir neçə gün əvvəl də həmin idarədə ifadə verib.

Qeyd edək ki, ötən həftə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib. Sabiq nazirin əmisi oğlunun cinayət işi üzrə istinaqa cəlb olunduğu bildirilir.

İttihama görə, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Eldar Mahmudovun əmisi oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm