Bakıda GÜCLÜ YANĞIN: polis mayoru xəstəxanaya YERLƏŞDİRİLDİ - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda GÜCLÜ YANĞIN: polis mayoru xəstəxanaya YERLƏŞDİRİLDİ - YENİLƏNDİ

DİN Bakıda baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

***

Noyabrın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Yanğınla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

***

22:29

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.

***

21:48

Bakıda çoxmərtəbəli yaşayış binada yanğın baş verib.

Publika.az bildirir ki, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm