Rusiyada azərbaycanlı iş adamı həbs olundu
Bizi izləyin

Hadisə

Rusiyada azərbaycanlı iş adamı həbs olundu

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.

N.Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm