FHN Xaçmazda baş vermiş yanğınla bağlı məlumat yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN Xaçmazda baş vermiş yanğınla bağlı məlumat yaydı (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xaçmazda yaşayış evi yanıb.

Publika.az xəbər verir ki, şəhərin Aşıq Ələsgər küçəsi, ev 41 ünvanında baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

1953-cü il təvəllüdlü Paşayev Rafiq Sabir oğlu dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin üst səthinin eləcədə bel, baş və üz nahiyəsinin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxsin vəziyyəti ağırdır. Yaşayış evində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm