Şirvan Kərimovun oğlunun intiharında “MAVİ BALİNA" İZİ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şirvan Kərimovun oğlunun intiharında “MAVİ BALİNA" İZİ - (YENİLƏNDİ)

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsinin təfərrüartları məlum olub.

“Ş.Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, “Mavi balina” adlı məşhur oyunu oynayırmış. Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub. 9-cu sinifdə təhsil alan A. Kərimov oyunun təsirindən odlu silahla başına atəş açaraq intihar edib.

Cənazəsi dəfn edilmək üçün artıq Bakıya yola salınıb. (qafqazinfo)

***

Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə, odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A.Kərimov hadisə yerində ölüb.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qan içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib.

O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb.

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".

***

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A.Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm