Göyçayda evdə partlayış - - VİDEO
Bizi izləyin

Hadisə

Göyçayda evdə partlayış - - VİDEO

Göyçayın Kürd kəndində yaşayış evində qaz sızması səbəbindən partlayış olub.

Hadisə zamanı 51 yaşlı Məhəmməd Zərbəliyev və həyat yoldaşı 42 yaşlı Yeganə Zərbəliyeva ağır yanıq xəsarətləri alıblar.

Zərərçəkənlər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbi araşdırılır. (ARB TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm