Poroşenkonu qul kimi işlədən azərbaycanlılar AZADLIQDA - Məhkəmə hökmü dəyişmədi
Bizi izləyin

Hadisə

Poroşenkonu qul kimi işlədən azərbaycanlılar AZADLIQDA - Məhkəmə hökmü dəyişmədi

Bakıda Ukrayna vətəndaşlarını fermada istismar etməkdə təqsirləndirilənlər - Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən apelyasiya şikayəti və prokurorluq tərəfindən təqdim edilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

İttiham aktına əsasən, həmin şəxslər Ukrayna vətəndaşı Viktor Poroşenkonu Azərbaycanda istismar etməkdə təqsirli biliniblər. Onlar həmin şəxsi Bakıda bağ evində saxlayıb, istismar ediblər.

İstintaq dövründə Namiq Cahangirov, Məxsud Əliyev, Atanmməli Əliyev və Ədalət Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti və prokurorluq isə apelyasiya protesti verib.

Tərəflərin apelyasiya şikayətlərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti və dövlət ittihamçısının apelyasiya protesti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm