Ağdaşda tələbə öldürüldü - ŞOK TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağdaşda tələbə öldürüldü - ŞOK TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Ətraf Nəsibovun öldürülməsinin təfərrüatı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Ə.Nəsibov bu gün səhər saatlarında dərsdə olub.

“Birinci dərs zamanı dəfələrlə müəllimdən ona icazə verməsini istəyib. Müəllim icazə verməyib. Telefonuna gələn zəngdən sonra onun sinifdən çıxmaq üçün israrı artıb. Bir dərsdə oturmağa səbir edən tələbə fasilə zamanı məktəbdən qaçıb. Sonra isə onun küçədə bıçaqlanması xəbəri yayılıb”.

Ə.Nəsibov kollecin Bələdiyyə işinin təşkili fakültəsinin ikinci kursunda təhsil alırmış. İlkin ehtimala görə, dərs zamanı ona zəng edən də elə bıçaqlayan şəxs olub.

Hazırda hüquq-mühafizə orqanları kollecdədir, müəllim və tələbələrdən ilkin məlumatlar toplanılır. Kollec rəhbərliyi isə Təhsil Şöbəsindədir.

***

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsidir.

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

***

Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş "morq"una aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm