“Qoca” ilə birgə qaçan məhbusla bağlı QƏRAR
Bizi izləyin

Hadisə

“Qoca” ilə birgə qaçan məhbusla bağlı QƏRAR

Bakıda xüsusi təyinatlı vaqondan qaçan və qəsdən adam öldürməkdə təqsirli bilinən Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Publika.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Əli Ağaminin həbs müddəti daha iki ay artırılıb.

Qeyd edək ki, Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov bu il oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib. Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Nəsimi Rayon Məhkəməsi Əli Ağaminin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

İttihama görə, Əli Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib.

Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir. Qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Əli Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Məhəmməd Heydərov (“Maqa Hacıqabullu”), Tahir Məlikov (“Marojna”) və Əfsər İbrahomovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən isə Əli Ağami və digərləri apelyasiya şikayəti verib. Əli Ağami cəzasının yüngülləşdirilməsini istəyir. Onların şikayətinə yaxın günlərdə Şirvan Apelyasiya Məhkəməsində baxılacaq.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm