Polis xəstəxanada ölən bu kişinin yaxınlarını axtarır - - FOTO
Bizi izləyin

Hadisə

Polis xəstəxanada ölən bu kişinin yaxınlarını axtarır - - FOTO

Cari il dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, həmin kişinin xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm