Gənclər şəhərçiyində gənclər arasında qanlı dava - Təfərrüat
Bizi izləyin

Hadisə

Gənclər şəhərçiyində gənclər arasında qanlı dava - Təfərrüat

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Abşeron gənclər şəhərciyi ərazisində 1991-ci il təvəllüdlü Elmir Bəhrəmov tanışı ilə mübahisə edib.

Tanışı ilə pul borcu üstündə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Dava zamanı Elmir Bəhrəmova tanışı 12 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Elmir Bəhrəmova tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm