• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Novxanıda qonşular arasında KÜTLƏVİ DAVA - 2 qardaş döyüldü

  • Hadisə
  • 21 Dekabr 2017 08:16
  • 711 Baxış
Novxanıda qonşular arasında KÜTLƏVİ DAVA - 2 qardaş döyüldü

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, Abşeron rayonunun Novxanı qəsəbəsində qonşular arasında düşən mübahisə, Bakının Binəqədi rayonu ərazisindəki Daş bazarında dava ilə yekunlaşıb.

Hadisə Novxanıda sakinlərdən birinin həyətində gördüyü iş üçün avtomobil yolu ilə evinə elektrik naqili ötürməsi, digərlərinin isə maşın ilə həmin naqilin üzərindən keçməsi üstündə baş verib.

Nəticədə 1993-cü il təvəllüdlü Nadirov Elvin İsa oğlu, onun 1995-ci il təvəllüdlü qardaşı Nadirov Emin İsa oğlu və 1994-cü il təvəllüdlü dostları Əhmədov Elməddin Bəylər oğlu döyülərək xəsarət alıb. Zərərçəkmişlərin hər üçü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar aparılır. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR