• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Fədayə Laçın: "ALDADILMIŞAM" - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 21 Dekabr 2017 13:22
  • 1 390 Baxış
Fədayə Laçın: "ALDADILMIŞAM"  - FOTO

Vəkil Türkel Süleymanlı qərardan narazı qaldıqlarını bildirib. Qeyd edib ki, apelyasiya şikayətinin təmin olunmaması üçün əsas yox idi: "Bizim qeyd etdiyimiz arqumentlər məhkəmədə təkzib olunmadı. Fədayə xanım istintaqa təsir göstərə bilməz".

Vəkilin sözlərinə görə, Fədayə Laçın məhkəmədə çıxış edib və xəstəliyindən, çətin vəziyyətdə olmağından danışıb: "Cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur. Sadəcə şərait məni sıxır. Aldadılmışam".

Fədayə Laçının bacısı İlahə Fəda da məhkəmədə iştirak edib.

***

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə günahlandırılan müğənni Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Publika.az xəbər verir ki, müğənni ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti üzrə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən məhkəmədə müğənnininşikayəti təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR