Gömrükçülər qaçaqmalçılığın qarşısını aldı - FOTO
Bizi izləyin

Hadisə

Gömrükçülər qaçaqmalçılığın qarşısını aldı - FOTO

Pirotexniki malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, avtomobilin yan qapılarının içində 150 qutu pirotexniki vasitə və 2 ədəd fişəng aşkar edilib.

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn digər iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə isə pirotexniki vasitələrin avtomobilin hər dörd təkərinin içərisində gizlədildiyi məlum olub. Həmin avtomobillərdən birində 60 qutu, digərində 146 qutu pirotexniki vasitə aşkarlanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm