• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Cəlilabadda itkin düşən məktəblilər tapıldı - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 23 Dekabr 2017 11:57
  • 986 Baxış
Cəlilabadda itkin düşən məktəblilər tapıldı - FOTO

Cəlilabad rayonunda itkin düşən 9-cu sinif şagirdləri tapılıb.

Cəlilabad şəhər sakinləri - 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb Bakıya gediblər.

Uşaqları Bakı şəhərində metronun "Nizami" stansiyasının yaxınlığında şəkillərini sosial şəbəkədən görən vətəndaş saxlayıb, dərhal yaxınlarına xəbər verib. Hazırda uşaqlar Bakıdadırlar, yaxın saatlarda Cəlilabada göndəriləcəklər.

Doğmaları isə dərhal bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verib.

***

Cəlilabad şəhərindəki 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri itkin düşüb. Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənov ötən gün dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məktəbdən Publika.az-a verilən məlumata görə, şagirdlərin valideynləri məktəbə çağrılıb, onların izahatları alınıb:

“Hər iki şagird 9-cu sinifdə oxusalar da, biri 9q, digəri 9d sinfinin şagirdidir. Orta səviyyəli oxuyan şagirdlərdir, dərsə davamiyyətləri də pis olmayıb. Ötən gün isə hər ikisi məktəbə getmək adı ilə evdən çıxıb, lakin dərsə gəlməyiblər. Valideynləri ilə söhbətdən bəlli olub ki, tanışları uşaqların Bakıya getdiyini ehtimal edib. Hazırda ailələr Bakıdakı yaxınları ilə əlaqə saxlayaraq uşaqların onların yanında olub-olmamasını araşdırır”.

Məktəbdən bildirilib ki, şagirdlərin evdən getmək səbəbləri bəlli deyil.

“Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparılır”.

Foto "Report"undur (şəkildə olan İsmayıl Mətləb oğlu Əmənovdur)

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR