Şəkidə BƏDBƏXT HADİSƏ - 80 yaşlı qadın zibil quyusunda yandı
Bizi izləyin

Hadisə

Şəkidə BƏDBƏXT HADİSƏ - 80 yaşlı qadın zibil quyusunda yandı

Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

Publika.az xəbər verir ki, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır ikimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm