İtkin düşən bacılar tapıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İtkin düşən bacılar tapıldı - (YENİLƏNDİ)

Şəmkir rayonunda itkin düşən iki azyaşlı tapılıb.

Bununla bağlı Teleqraf.com-a Şəmkir rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlılar qohumlarının evində gecələyib: "Qohumlarının evindən tapılıblar. İndi evdədirlər".

Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.

***

Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.

2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun bacısı, 2015-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm