Sabiq deputatın cəzası azaldıldı
Bizi izləyin

Hadisə

Sabiq deputatın cəzası azaldıldı

Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Dünyamin Xəlilovun cəzası 12 il 9 aya endirilib. Digər təqsirləndirilən Mənsur Zeynalovun cəzasının 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalova 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib. Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm