Ağcabədidə alışıq olmadığımız HADİSƏ: öz evindən 10 min manatlıq qızıl oğurladı və...
Bizi izləyin

Hadisə

Ağcabədidə alışıq olmadığımız HADİSƏ: öz evindən 10 min manatlıq qızıl oğurladı və...

Ağcabədi sakininin öz evindən oğurluq etdiyi məlum olub.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Ağcabədi rayon sakini Faiq Qasımov DİN-in “102” xidmətinə zəng edərək yaşadığı mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bundan əlavə, həmin gün F.Qasımovun atası da faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bütün şübhələr F. Qasımovun üzərinə yönəlib. Araşdırmalar zamanı həmin şəxsin öz evlərindən oğurluq etdiyi müəyyən olunub. O, anasına və qardaşının həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını saxlanc yerindən götürdüyünü etiraf edib.

Oğurlanan qızıl-zinət əşyaları tapılaraq, maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, Ağcabədi RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm