Hadisə
Azərbaycanda yoxa çıxan alpinistlərlə bağlı YENİ XƏBƏR
Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.
Quba rayon İcra Hakimiyyəti Xınalıq İcra Nümayəndəliyinin sədri Nəsimi Məmmədov Lent.az-a bildirib ki, "Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar. Onlar bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər və Mahmud çayının dərəsində gözləyirlər.
İcra nümayəndəsi həmçinin əlavə edib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb.
Mütəxəssislər bildirirlər ki, səthi qarlı olan ərazilərdə havanan birdən-birə istiləşməsi alpinitslər üçün əlverişsiz hesab edilir.
Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident