• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Mingəçevirdə yataqxana yandı - 7 nəfər xəsarət aldı (YENİLƏNDİ)

  • Hadisə
  • 4 Yanvar 2018 09:00
  • 650 Baxış
Mingəçevirdə yataqxana yandı - 7 nəfər xəsarət aldı

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Gecə saatlarında Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında yanğın baş verib.

Publika.az xəbər verir ki, alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqdaları və təcili yardım xidməti əməkdaşları cəlb olunub.

Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub. Onların arasında tüstüdən boğulanlar var. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR