Neftçalada fabrikdən 800 cücə oğurlayan şəxlər ƏLƏ KEÇDİ
Bizi izləyin

Hadisə

Neftçalada fabrikdən 800 cücə oğurlayan şəxlər ƏLƏ KEÇDİ

Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən işçilər xeyli sayda cücə oğurlarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciət əsasında Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb. Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm