Şamaxıda 51 yaşlı kişini maşın vurdu
Bizi izləyin

Hadisə

Şamaxıda 51 yaşlı kişini maşın vurdu

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" markalı minik avtomobili yolu keçən piyadanı, Ağsu rayon sakini, 1967-ci il təvəllüdlü Daşdıyev Kamil Mehbalı oğlunu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm