• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Bulvarda özünü dənizə ataraq öldürən şairin cəsədi tapıldı - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 9 Yanvar 2018 16:29
  • 3 015 Baxış
Bulvarda özünü dənizə ataraq öldürən şairin cəsədi tapıldı - FOTO

Fövqəladə Hallar Nazirliyi Məlik Cahangirovun meyitinin tapılması barədə məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, onun meyiti batdığı yerdən 300 metr məsafədə tapılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Dünən axşam saatlarında Bulvarda intihar edən gənc Məlik Cahangirovun cəsədi tapılıb.

Bu barədə Publika.az-a Lerik rayon Kirəvud kənd icra nümayəndəsi, Məlik Cahangirovun qohumu Rafiq Teymurov məlumat verib.

O bildirib ki, bir neçə dəqiqə əvvəl Malik Cahangirovun meyiti dənizdən çıxarılıb.

***

Dünən axşam saatlarında Bulvarda intihar edən gənc Məlik Cahangirovun cəsədi hələ də tapılmayıb.

Bu barədə Publika.az-a Lerik rayon Kirəvud kənd icra nümayəndəsi, M.Cahangirovun qohumu Rafiq Teymurov məlumat verib.

O bildirib ki, hazırda da ərazidə axtarışlar davam etdirilir:

“Bəzi saytlarda meyitinin tapılması barədə məlumatlar yayılıb, onlar hamısı yalandır. Meyitin axtarışları davam etdirilir”.

***

Bakıda özünü dənizə atan şəxsin meyiti tapılıb.

1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (apa)

***

Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Hazırda onun axtarışları davam etdirilir.

***

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

Hadisə “Yaxt Klub”un yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.

Araşdırma aparılır. (apa)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR