Aşıq Vüqar Mahmudoğlu dəfn olundu - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Aşıq Vüqar Mahmudoğlu dəfn olundu - FOTOLAR - (YENİLƏNDİ)

Aşıq Vüqar Mahmudoğlu doğulduğu Şıxzahırlı kəndində dəfn olunub.

***

Yaxınlarının verdiyi məlumata görə, Aşıq Vüqar Mahmudoğlu doğma yurdunda - Qobustan rayonunun Şıxzahırlı kəndində dəfn ediləcək.

Vüqar Mahmudoğlu Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayırdı. Mərhumun yas mərasimi Müşfiqabad qəsəbəsində keçiriləcək. Üç mərasimi yanvarın 12-də olacaq.

***

Aşıq sənətinin tanınmış simalarından biri Aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.

Mərhumun ailə yaxınlarından Publika.az-a verilən məlumata görə, infarkt diaqnozu ilə 2 gündür Gömrük Hospitalında reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm