Gəncədə 27 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncədə 27 yaşlı kişi bıçaqlandı

Gəncə şəhərində 27 yaşlı gənc bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin "Keçəllər" deyilən ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Azər Ələsgərov naməlum şəxs tərəfindən küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun əməliyyatdan sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onu bıçaqlayan şəxs isə hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisənin səbəbləri araşdırılır və cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm