Hadisə
Vətəndaşlar tapança və tüfəngləri polisə təhvil verdi
Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə 4 ədəd “İJ” və 1 ədəd “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan 1 ədəd “İJ-16” markalı tüfəng, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz “İJ” markalı ov tüfəngi götürüblər.
Silahlar aidiyyatı üzrə təhvil verilib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO