Bakıda DƏHŞƏTLİ QƏZA - Avtomobil piyadaları vurdu
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏZA - Avtomobil piyadaları vurdu

Bakıda avtomobil piyadaları vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 1988-ci il təvəllüdlü Həsənov Ramal idarə etdiyi "Mercedes" markalı, 44-CB-397 dövlət seriya nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Həsənov Azər Arif oğlunu və 21 yaşlı Yasinli Ayişə Tahir qızını vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm